Xəzər Xəbər

Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış baş verib VİDEO

Veb TV | 21:49 • 10 Dekabr 2023
Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış baş verib

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış olub.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Mənzilin sahibi 70 yaşlı Lyudmila İbadova xəsarət alıb.  

Yaralının vəziiyəti ağır olduğundan o Bakıda 5 saylı Yanıq Mərkəzinə aparılıb.

Mərkəzdən “Xəzər Xəbər”ə bildirilib ki, Lyudmila İbadova üzün və hər iki əlin termik yanığı ilə mərkəzə yerləşdirilib, vəziyyəti stabildir.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024