Xəzər Xəbər

Bakıda ana övladını taksidə qoyaraq qaçıb VİDEO

Veb TV | 21:34 • 9 Dekabr 2023
Bakıda ana övladını taksidə qoyaraq qaçıb

Bakıda uşağını taksidə qoyan ana geri qayıtmayıb.

Xezerxeber.az-ın məlumatına görə, təxminən yaş yarımlıq olduğu ehtimal edilən oğlan uşağı anası tərəfindən taksidə tərk edilib və ya unudulub.

Dünən anası onunla birlikdə mindiyi taksidən su almaq adı ilə düşüb və geri qayıtmayıb. Hadisənin şahidi olan və körpəni polisə təslim edən həmin taksi sürücüsü ilə əlaqə saxladıq. Sürücü dedi ki, qadın  düşəndən sonra uşaq ağlamağa başlayıb. Bir müddət gözlədikdən sonra qadının gəlmədiyini görən sürücü  uşağı polis bölməsinə aparıb. Körpə daha sonra sığınacağa yerləşdirilib. Onun üzərində kimliyinə dair hər hansı məlumat olmayıb.

Sığınacağın əməkdaşları deyib ki, körpə yeni gətiriləndə sakit, ürkək və şokda olub. Uşağın sağlamlığının qənaətbəxş olduğu bildirilir.

Hazırda hüquq - mühafizə orqanları tərəfindən azyaşlının kimliyi araşdırılır. Ananın şəxsiyyəti müəyyənləşdirildikdən və tapıldıqdan sonra ailə araşdırılacaq, heç bir problem olmadığı təqdirdə uşaq anaya təhvil veriləcək. Əks təqdirdə, körpə dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024