Xəzər Xəbər

Yol qəzaları iki nəfərin həyatına son qoydu, yaralılar var VİDEO

Veb TV | 21:50 • 9 Dekabr 2023
Yol qəzaları iki nəfərin həyatına son qoydu, yaralılar var

İsmayıllıda ağır yol qəza olub. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Basqal kəndi ərazisində qeydə alınıb.

Elman Şabanovun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, onun həyat yoldaşı 34 yaşlı Sahilə Şabanova və onların azyaşlı iki övladı bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Göyçayda isə piyada vurulub. Samir Hüseynov idarə etdiyi minik maşını ilə yolu keçən piyada, 54 yaşlı Ceyhun Hüseynovu  vurub. Piyada xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq orada vəfat edib.

Tovuzda isə dəmir yoluna çıxan şəxs ağır qəzanın qurbanı olub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, gecə saatlarında lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən Hacıhəsənli kənd sakini 25 yaşlı Eldəniz Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024