Xəzər Xəbər

Göyçay rayonu ərazisində işləyən sərnişin avtobusları tələblərə cavab vermir FOTO/VİDEO

Veb TV | 20:35 • 4 Dekabr 2023
Göyçay rayonu ərazisində işləyən sərnişin avtobusları tələblərə cavab vermir

Göyçay rayon mərkəzindən kəndlərə sərnişindaşıma ilə məşğul olan avtobuslar köhnədir və bəziləri isə istismar müddətini başa vurub.

Xezerxeber.az-ın məlumatına görə, uzun müddət müxtəlif  istiqamətlər üzrə hərəkət edən avtobuslar 2017-ci ildə yenisi ilə əvəz olunsa da, günün tələblərinə cavab vermir.

Sərnişinlərin sözlərinə görə, avtobuslar marşrut üzrə hərəkət edən zaman xarab olur. Bu səbəbdən də sərnişinlər ya yolda qalmalı, ya da əlavə xərc çəkərək taksi ilə getməli olurlar.

Sürücülər də köhnə avtobuslardan beziblər. Onsuz da yararsız olan yollarda nəqliyyat vasitələri sıradan çıxır.

Məsələ ilə bağlı Göyçay Sərnişin Daşıma Müəssisəsindən bildirdilər ki, hər gün avtovağzaldan 30-a yaxın kənd istiqamətində 14 avtobus hərəkət edir. O ki qaldı avtobusların köhnə olmasına, bu problem qurumu da narahat edir. Ona görə də növbəti illərdə avtobusların daha yeniləri ilə əvəz olunması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024