Salyanda iki nəfər dəm qazından zəhərlənib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb.
Kirayədə yaşayan iki kişi evdə dəm qazından boğularaq ölüb.
Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini 25 yaşlı Davud Ələkbərzadə və Neftçala sakini 28 yaşlı Urufət Ağamməmmədovdur. Məlumata görə, ölən şəxslər hərbçi olublar.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Ucarda isə ana və övladı dəm qazından zəhərlənib. Hadisə rayonun Qulabənd kəndində baş verib. Kənd sakini 30 yaşlı Səidə Əhmədova və onun 10 yaşlı qızının evdə anidən halları pisləşib. Ağır vəziyyətdə olan ana və qızı dərhal təcili tibbi yardım avtomobili ilə ucar mərkəzi rayon xəstəxanasına gətiriliblər. İlkin müayinə zamanı hər iki şəxsin dəm qazından zəhərləndiyi məlum olub. Zərərçəkənlərə zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyətləri orta-ağırdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: