Xəzər Xəbər

Qərbi Azərbaycan İcması BMT-nin xüsusi məruzəçisindən kobud səhvini düzəltməyi tələb edir VİDEO

Veb TV | 21:30 • 3 Dekabr 2023
Qərbi Azərbaycan İcması BMT-nin xüsusi məruzəçisindən kobud səhvini düzəltməyi tələb edir

BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya "Qarabağda erməni mədəni irsinin dağıdılması" barədə cəfəng iddialarla çıxış edib.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib ki xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir.

O qeyd edib ki, Qərbi Azərbaycan İcması xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edir.

Mətbuat katibi bildirib ki, Azərbaycan xalqının həm Ermənistanda, həm də vaxtilə işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin dağıdılmasına BMT, UNESCO tərəfindən reaksiya verilməyib, susqunluq nümayiş etdirilib. Onun sözlərinə görə, xüsusi məruzəçi həm də qəsdən Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edib.

"Ümumiyyətlə, belə təəssürat yaranır ki, Aleksandra Xantakinin belə qərəzli olmasının səbəblərindən biri də onun Yunanıstandan olmasıdır. Xüsusi məruzəçidən mandatına uyğun olaraq müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməyi, Azərbaycana qarşı düşük iddialara son qoymasını tələb edirik", - deyə mətbuat katibi əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024