Xəzər Xəbər

Bakıda qayın kürəkənini öldürüb VİDEO

Veb TV | 19:34 • 3 Dekabr 2023
Bakıda qayın kürəkənini öldürüb

Bakıda küçədə mübahisə edən qohumlar arasında dava düşüb. Nəticədə bir nəfər qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qayınıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.

Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.

Faktla bağlı Həsən Həsrətov barəsində  ''qəsdən adam öldürmə''  maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024