Xəzər Xəbər

Ekstrakorporal mayalanma sığorta çərçivəsində həyata keçirilə bilər? VİDEO

Veb TV | 19:50 • 1 Dekabr 2023
Ekstrakorporal mayalanma sığorta çərçivəsində həyata keçirilə bilər?

Azərbaycanda ekstrakorporal mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir. Bu təklif  reallaşarsa, sonsuz ailələr bu əməliyyatı tibbi sığorta hesabına etdirə biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri  Pərvin Salahova deyib ki, ekstrakorporal mayalanmanın icbari tibbi sığortanın Xidmətlər zərfinə salınması üçün "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunmalıdır. Onun sözlərinə görə, Xidmətlər zərfinə daxil edilən xidmətlər Nazirlər Kabinetinin  qərarına əsasən müvafiq meyarlara uyğun olmalıdır.

Pərvin Salahova qeyd edib ki, xidmətlər toplusuna daxil olunan müraciətlər araşdırıldıqdan sonra təhlil aparılmalıdır.

Ekstrakorporal mayalanma ilə bağlı bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 53 müraciət  daxil olub. Bu da ümumi müraciətlərin 0,5 %-ini təşkil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024