Xəzər Xəbər

Kürdəmir məktəblərində qızılca yayılıb FOTO/VİDEO

Veb TV | 20:08 • 27 Noyabr 2023
Kürdəmir məktəblərində qızılca yayılıb

Kürdəmirdə 7 məktəbdə qızılca yayılıb, 9 şagird xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 2 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi  isə ev şəraitində davam etdirilir.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib.

Qeyd olunub ki, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal xəstəxanaya müraciət etməsi tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024