Xəzər Xəbər

Müəllimləri aparan avtobus qəzaya düşdü... ölən var... VİDEO

Veb TV | 21:48 • 28 May 2023
Müəllimləri aparan avtobus qəzaya düşdü... ölən var...

Lənkəranda müəllimlərin içində olduğu maşın avtobusla toqquşub.

Xezerxeber.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər avtomobil yolunda, Xanbulan kəndi ərazisində qeydə alınıb.

Ramiz Məmmədovun idarə etdiyi  minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub. Nəticədə sürücü və maşında sərnişin qismidə olan 66 yaşlı Tahir Zülfüqarov və 72 yaşlı Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

Qəzada yaralanan məktəb direktorunun vəziyyəti ağır olduğundan Masallı rayondakı özəl xəstəxanaların birinə göndərilib.  Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ramiz Məmmədov xəstxanda dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU inzibati işdə çalışır. Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yevlaxda da ölümlə nəticələnən qəza baş verib. Hadisə rayonun Kolanı kəndi ərazisində qeydə alınıb. Minik avtomobili yoldan çıxaraq  bir neçə metr kənara, Qarabağ kanalının axdığı ərazinin yaxınlığına düşüb. Hadisə zamanı Şahlar Fərzəliyev dünyasını dəyişib. İlkin ehtimallara görə, avtomobildə olan 21 yaşlı Vəfadar adlı şəxs zərbənin gücündən Qarabağ kanalına düşüb. Həmin şəxsin axtarışlarına xilasedicələr cəlb edilib.

Qəza zamanı daha 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparıldığı bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti