Xəzər Xəbər

“Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir VİDEO

Veb TV | 20:26 • 31 Mart 2023
“Azərsu”nun kanalizasiya çəkilişləri “serial çəkilişləri”nə bənzəyir

Abşeron rayonunun Masazir qəsəbəsində kanalizasiya şəbəkəsinin çəkilməsi işlərin aparıldığı yolda hərəkəti çətinləşdirib.

Xezerxeber.az məlumat verir ki, sürücülər 4 dəqiqəlik yolu, yarım saata belə gedə bilmir. Belə ki, Masazır dairəsindən qəsəbənin içərisinə doğru yeni kanalizasiya şəbəkəsi çəkilir.

Sürücülərin sözlərinə görə dairədə aparılan qazıntı işləri və iri texnikanın yolun hərəkət hissəsinin yaxınlığında saxlanılması günün istənilən saatında tıxac yaradır.

İndi sürücülər ''Azərsu'' ASC tərəfindən aparılan işlərin tezliklə yekunlaşmasını gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti