Xəzər Xəbər

Yazda Kür çayının suyu artacaqmı? VİDEO

Veb TV | 20:46 • 21 Mart 2023
Yazda Kür çayının suyu artacaqmı?

Soyuq qış günlərini geridə qoyduq. Artıq baharın ilk addımlarını hiss edirik.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yazın ilk günlərində paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 13-18 dərəcə olacaq.

Xezerxeber.az-ın məlumatına görə, yazın gəlişi bəzi ekoloji problemləri də qabardır. Çünki əkinçiliyin başladığı dönəmdə suya olan tələbat artır. Lakin hazırda əkinlərin suvarılması üçün önəmli rol oynayan Kür çayı qurumağa davam edir.

Ekoloq Rauf Sultanov deyir ki, yaz aylarında Kürün yenidən əvvəlki vəziyyətinə qayıtması mümkün ola bilər.

Ekoloqun sözlərinə görə, bu il də, xüsusilə yaya doğru Xəzər dənizinin geri çəkilməsi davam edəcək.

Ekoloq həmçinin suyun geri çəkilməsinin Xəzər dənizi üçün xarakterik xüsusiyyət olduğunu vurğuladı. Onun sözlərinə görə, ötən 200 il ərzində Xəzər dənizində dəfələrlə qabarma və çəkilmələr olub və bu hal ekoloji fəlakət deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti