Xəzər Xəbər

''Azab''ın əzabı dözülməz olacaq - düşmənə göz dağı olacaq dron gəlir VİDEO

Türkiyə müdafiə sənayesi sürətlə inkişaf edir
Veb TV | 19:33 • 21 Mart 2023
''Azab''ın əzabı dözülməz olacaq - düşmənə göz dağı olacaq dron gəlir

Türkiyə yeni pilotsuz uçuş aparatı hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, ''Azab'' adlanan kamikadze dron 2 növdür.

“T-150” və “T-200” adlanan modellərin ön hissəsində müxtəlif baxış bucaqlarını aydın görən kameralar quraşdırılıb.

Dronun ümumi uzunluğu 1 metr 30 santimetr, qanadlarının uzunluğu isə 1 metr yarımdır.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, ''Bayraktar''dan sonra bu kamikadze pilotsuz uçuş aparatı dünya hərb sənayesinə öz adını yazdıra biləcək.

Bu dron vasitəsi ilə 200 km məsafəni rahatlıqla müşahidə etmək mümkündür. Ekspert deyir ki, günün istənilən vaxtı, istənilən relyefdə həmin dronu təxminən 7-8 min metrə qədər yüksəkliyə qədər qaldırmaq mümkündür. Artıq sınaq uçuşları da həyata keçirilib.

Qeyd edək ki, ''Azab'' kamikadze dronunun mühərrik və digər elektron təminatı sistemi Türkiyə istehsalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti