Xəzər Xəbər

Bakıda iki nəfər öldürülüb VİDEO

Veb TV | 20:03 • 16 Mart 2023
Bakıda iki nəfər öldürülüb

Bakıda musiqi sifarişi üstündə restoranda müştərilər arasında dava bir nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Nəsimi rayonu Moskva prospektində, restoranlardan birində baş verib.

Nəsimi Rayon Prokurorluğunun məlumatına görə, gecə saat 3 radələrində 35 yaşlı Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal istintaq qrupu hadisə yerinə gəlib və araşdırma aparıb. Şahid ifadələri alınıb, ərazidə olan müşahidə kameralarına baxış keçirilib. Yaralı şahidlərin köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Restoranın yaxınlığında yaşayan sakinlər iddia edir ki, bu məkəna əylənməyə gələn şəxslər arasında  tez-tez dava-dalaş olur.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Gecə daha bir qanlı cinayət paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Saat 01 radələrində 30 yaşlı Əli Seyidlinin fərdi evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı onun ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi üçün tədbirləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti