Xəzər Xəbər

Səfirlikdə törədilmiş terror aktı birgə araşdırılacaq AÇIQLAMA/VİDEO

Bununla bağlı razılıq əldə edilib
Veb TV | 12:44 • 30 Yanvar 2023
Səfirlikdə törədilmiş terror aktı birgə araşdırılacaq

Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının təhqiqatı birgə aparılacaq. Bu terror hadisəsinin araşdırılmasında Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları da iştirak edəcəklər.

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Sevil Mikayılova deyib.

"Xəbər Ertəsi"nin qonağı olan deputat bildirib ki, artıq bu məsələ ilə bağlı razılıq əldə edilib və təhqiqat birgə aparılmalıdır: "Çünki səfirlik Azərbaycan ərazisindədir. Terror aktı Azərbaycan ərazisində baş verib. Ona görə də Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının əməkdaşlarının orada iştirak etməsi vacibdir. Qarşılıqlı razılaşma var və hər iki tərəf istintaqı birgə aparacaq".

Xezerxeber.az Sevil Mikayılovanın açıqlamasını təqdim edir:

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024