Xəzər Xəbər

Dezinformasiyanı aşkar edən proqramın fəaliyyəti dayandırılır

Texnologiya | 09:44 • 2 Aprel 2024
Dezinformasiyanı aşkar edən proqramın fəaliyyəti dayandırılır

Meta şirkəti yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini avqustun 14-dən etibarən dayandıracaq.

“Figaro” yazır ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, dezinformasiyanı, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.

Şirkət yeni proqram tətbiq edəcəyini bildirsə də, onun işə salınacağı vaxtı və funksionallığı barədə məlumat verməyib.

Xəbər lenti

Çox oxunanlar