Xəzər Xəbər

Latviya ABŞ-dən gəmi əleyhinə raketlər alacaq

Texnologiya | 10:04 • 9 Dekabr 2023
Latviya ABŞ-dən gəmi əleyhinə raketlər alacaq

Latviyanın Müdafiə Nazirliyi ABŞ-dən “Naval Strike Missile” gəmi əleyhinə raket kompleksləri alacağını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Raket komplekslərinin alınması ilə bağlı sazişin imzalandığını Latviyanın müdafiə naziri Andris Spruds və ABŞ səfiri Kristofer Robins elan ediblər. Təchizatın ümumi məbləği 105 milyon ABŞ dolları təşkil edəcək. Gəmi əleyhinə raket sistemlərinin alınması üçün məbləğin 70 faizini ABŞ, qalan 30 faizini isə Latviya ödəyəcək. Komplekslərin çatdırılmasına 2027-ci ildən başlanacaq.

“Gəmi əleyhinə raket sistemi milli silahlı qüvvələrin və Latviya müdafiə sisteminin yeni və vacib hissəsinə çevriləcək. Bu silahlar Latviya sahillərinin mühafizəsini, dəniz yollarının təhlükəsizliyini təmin edəcək və lazım gələrsə, NATO-nun ümumi müdafiə sisteminə daxil ediləcək ”, - Spruds bildirib.

“Naval Strike” raketi Kongsberg tərəfindən hazırlanıb və 185 kilometrə qədər məsafədə hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar