Xəzər Xəbər

İnsanabənzər robotun son versiyası nümayiş olunub

Texnologiya | 14:30 • 25 Sentyabr 2023
İnsanabənzər robotun son versiyası nümayiş olunub

“Tesla” kompaniyası sosial mediada “Optimus” robotu ilə bağlı qısa video dərc edib. Videoda insanabənzər robotun özünü kalibrləmə prosesi və görmə sistemindən istifadə edərək əşyaları çeşidləmə bacarığı nümayiş olunub.

Xezerxeber.az xəbər verir ki, videoda “Optimus”un artıq obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə "tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə" malik olduğu görünür. Hətta şirkət işçisi robota mane olmağa çalışsa da, o, tapşırığı axıradək yerinə yetirib. Robot, həmçinin yanı üstə düşən cisimlərin mövqeyini müstəqil şəkildə dəyişə bilir. Onun neyron şəbəkəsinin yalnız görmə qabiliyyətindən istifadə edərək avtomatik işlədiyi bildirilir.

Amerikanın elektromobil istehsalçısı “Tesla” şirkətinin rəhbəri İlon Maskın proqnozlarına görə, robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.

“Optimus” robotunun insana çatmağına hələ çox qalsa da, sonrakı illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyi şübhə doğurmur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024