Xəzər Xəbər

WhatsApp"a e-poçt doğrulama seçimi GƏLİR

Texnologiya | 18:15 • 1 Sentyabr 2023
WhatsApp"a e-poçt doğrulama seçimi

"WhatsApp" yeni e-poçt doğrulama xüsusiyyətini test edir.

Xezerxeber.az xəbər verir ki, bununla da iki addımlı doğrulama xüsusiyyəti yalnız telefon nömrələri ilə məhdudlaşmayacaq.

Elektron poçt ünvanlarını məxfilik səbəbi ilə digər istifadəçilər görməyəcək.

Xatırladaq ki, bir çox istifadəçi mesajlaşma proqramına daxil olmaq üçün 6 rəqəmli təsdiq kodunu mesaj vasitəsilə almaqda çətinlik çəkir.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbər lenti

Çox oxunanlar