Xəzər Xəbər

İran özünün ilk hipersəs ballistik raketini nümayiş etdirib

Texnologiya | 15:45 • 6 İyun 2023
İran özünün ilk hipersəs ballistik raketini nümayiş etdirib

İran ölkədə istehsal olunan ilk hipersəs ballistik raketini nümayiş etdirib. Beləliklə, İslam Respublikası hipersəs texnologiyasına malik dördüncü ölkə olub.

Xezerxeber.az xəbər verir ki, tədbirdə İran Prezidenti İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Salami və aerokosmik qüvvələrin komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib.

Düşmənin raketdən müdafiə sistemlərindən yan keçə, atmosferdə və onun xaricində manevr edə bilən “Fəttah” raketinin uçuş məsafəsi 1,4 min kilometrə, sürəti saatda 15,9 min kilometrə çatır.

Xatırladaq ki, ötən ilin noyabr ayında Əmir Əli Hacızadə iranlı mütəxəssislərin hipersəs raketi hazırlamağa nail olduğunu elan etsə də, Pentaqon buna şübhə ilə yanaşmışdı.

Xəbər lenti