Xəzər Xəbər

“Twitter”də daha bir yenilk edildi

Texnologiya | 15:10 • 28 Mart 2023
“Twitter”də daha bir yenilk edildi

"Twitter" mikrobloqunun sahibi İlon Mask platformada keçirilən sorğularla bağlı yeni dəyişikliyi təqdim edib.

Xezerxeber.az xəbər verir ki, aprelin 15-dən etibarən sosial şəbəkədə yalnız "mavi işarəli" təsdiqlənən hesablar sorğularda iştirak edə biləcək.

Qeyd edək ki, "Twitter"də "mavi işarə" artıq hər kəs üçün aktivdir. İndi dünyanın hər yerində istifadəçilər "Twitter" "mavi işarə" ala biləcəklər. Əvvəllər sadəcə məşhur şəxslərin istifadə edə bildiyi funksiya daha sonra dünyanın bəzi ölkələrindən olan istifadəçilər üçün satılırdı. Yeni dəyişiklik sayəsində dünyanın istənilən ölkəsində istifadəçilər aylıq 7 dollar ödəməklə "mavi işarə" ala biləcəklər.

Xəbər lenti