Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərdə 6 teleradio stansiyası quraşdırılıb

Texnologiya | 15:46 • 6 Mart 2023
İşğaldan azad edilmiş ərazilərdə 6 teleradio stansiyası quraşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə 6 ədəd teleradio stansiyası qurulub.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, bu stansiyalar vasitəsilə hazırda 11 televiziya və 6 radionun yayımı həyata keçirilir.

R.Hümmətov nəzərə çatdırıb ki, işğaldan azad edilən ərazilərdə 203 mobil baza stansiyası da quraşdırılıb.

Xəbər lenti