Xəzər Xəbər

"Polat Alemdar"dan YENİ XƏBƏR: "Müayinə zamanı..."

Şou Biznes | 09:55 • 31 Oktyabr 2022
"Polat Alemdar"dan YENİ XƏBƏR: "Müayinə zamanı..."

"Kurtlar Vadisi"ndə canlandırdığı "Polat Alemdar" obrazı ilə tanınan Necati Şaşmazın xəstələnərək xəstəxanaya yerləşdirildiyi ilə bağlı iddialar mətbuatda yer alıb.

Üç saat davam edən anjio əməliyyatı olduğu və reanimasiya şöbəsində müalicə aldığı bildirilən Şaşmazla bağlı açıqlama verilib.

İddialar şişirdildiyi qədər deyil. Rutin müayinə zamanı Şaşmaz kiçik çaplı damar açma əməliyyatı keçirib", - məşhur aktyorun yaxın ətrafı deyib.

Şaşmaz qısa müddət sonra paylaşım edərək bildirib:

"Xoş diləkləriniz qəbul olundu. Sağ olun. Keçdi. İşimizin başındayıq".

Xəbər lenti