Xəzər Xəbər

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi azalıb

Region | 18:35 • 28 May 2024
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi azalıb

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

O bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

Xəbər lenti

Çox oxunanlar