Xəzər Xəbər

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb YENİLƏNİB

Region | 12:52 • 28 May 2024
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

10:56

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mayın 28-də mina partlayışı olub. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Məlumata görə,  ANAMA-nın əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024