Xəzər Xəbər

Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub YENİLƏNİB

Region | 15:45 • 25 May 2024
Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Xezerxeber.az xəbər verir ki, 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024