Xəzər Xəbər

Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Region | 20:16 • 10 Dekabr 2023
Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024