Xəzər Xəbər

Balakəndə iki avtomobil toqquşub FOTO

Region | 11:39 • 10 Dekabr 2023
Balakəndə iki avtomobil toqquşub

Şəhər ərazisində küçələrin kəsişməsində iki avtomobil toqquşub.

Xezerxeber.az xəbər verir ki, hadisə Fizuli və Nəsimi küçələrinin kəsişməsində, sərt döngədə qeydə alınıb. “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza “Mercedes”in sürət həddini aşması və hərəkət qaydalarını pozması nəticəsində baş verib.

Qəza nəticəsində “KAMAZ”ın bufer hissəsi zədələnib, “Mercedes” isə ciddi zədə alıb. Həmçinin “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, sürücünün həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024