Xəzər Xəbər

Prokurorluq qatar yoluna çıxan şəxsin ölümü ilə bağlı açıqlama yayıb YENİLƏNİB

Region | 12:27 • 9 Dekabr 2023
Prokurorluq qatar yoluna çıxan şəxsin ölümü ilə bağlı açıqlama yayıb

Şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan Xezerxeber.az-a verilən xəbərə görə, qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

08:50

Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Məlumata görə, dekabrın 9-da saat 00:00 radələrində ADY-yə məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonunun Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

Xəbər lenti

Çox oxunanlar