Xəzər Xəbər

Ağdamda minatəmizləmə işlərinə siçovullar cəlb olunub

Region | 13:38 • 28 Noyabr 2023
Ağdamda minatəmizləmə işlərinə siçovullar cəlb olunub

Azərbaycana minatəmizləmə işlərinə cəlb olunan siçovullar artıq ərazilərdə fəaliyyət göstərir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, siçovullar hazırda Ağdam rayonunda olan minalı sahələrə cəlb olunub: "Siçovulları mina axtaran itlərlə müqayisə eləsək, üstün cəhətləri də var, itdən zəif cəhətləri də mövcuddur. Onların iş vaxtı itlərin iş vaxtından azdır. Hazırda siçovulların fəaliyyəti effektivdir".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024