Xəzər Xəbər

Lerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb FOTO

Region | 16:02 • 26 Noyabr 2023
Lerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Lerik rayonunun dağlıq-meşəlik ərazisində baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.

“İlkin məlumata əsasən, yanğın təxminən 1.5 hektar sahədə baş verib. Relyefin mürəkkəbliyinə baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində dağlıq-meşəlik ərazi yanğından mühafizə olunub. Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb”, - deyə komissiya sədri bildirib.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə baş verən yanğın ocaqlarını və ərazini nəzarətdə saxlayır.

12:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Xezerxeber.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024