Xəzər Xəbər

Xankəndidəki poliklinikada ilk erməni sakinə tibbi xidmət göstərilib FOTO

Region | 18:55 • 2 Oktyabr 2023
Xankəndidəki poliklinikada ilk erməni sakinə tibbi xidmət göstərilib

Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

TƏBİB-dən Xezerxeber.az-a verilən məlumata görə, ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir. 

Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.

2 oktyabr tarixində Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024