Xəzər Xəbər

Cəlilabadda qətl törədilib, tutulan var

Region | 19:55 • 27 May 2023
Cəlilabadda qətl törədilib, tutulan var

Cəlilabadda həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, bu gün saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 1991-ci təvəllüdlü Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub. 

Araşdırma aparılır.

Xəbər lenti