Xəzər Xəbər

Prokurorluq Tovuzda mina paratlayışı ilə bağlı araşdırma aparır

Region | 10:50 • 27 May 2023
Prokurorluq Tovuzda mina paratlayışı ilə bağlı araşdırma aparır

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti