Xəzər Xəbər

Napoleonun papağı hərracda 1,9 milyon avroya satılıb FOTO

Mədəniyyət | 08:52 • 20 Noyabr 2023
Napoleonun papağı hərracda 1,9 milyon avroya satılıb

Fransanın birinci imperatoru Napoleon Bonapartın papağı və digər şəxsi əşyaları hərraca çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, paytaxt Parisdə, "Osenat" hərrac evində təşkil olunana satışda Bonapartın papağı 1 milyon 900 min avroya satılıb. 

Papağı alan şəxsin adı açıqlanmır.

İmperatorun təxmini 120-ə yaxın "bicorn" (ikibuynuzlu) papağının olduğu, lakin gününmüzə qədər onlardan iyirmisinin gəlib çıxdığı məlum olub.

Papağın hərracda ilkin qiyməti 600 min avro olub.

Digər əşyalar arasında Napoleonun 1815-ci ildə Vaterloda məğlubiyyətindən sonra qarət edilmiş gümüş boşqab və içərisində ülgüc, gümüş diş fırçası, qayçı və digər əşyalar olan taxta makiyaj qutusu var idi.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024