Xəzər Xəbər

Keçən il müdafiə və milli təhlükəsizlik sahəsinə 7 milyard 246,9 milyon manat vəsait yönəldilib

İqtisadiyyat | 12:11 • 23 May 2024
Keçən il müdafiə və milli təhlükəsizlik sahəsinə 7 milyard 246,9 milyon manat vəsait yönəldilib

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 1 milyard 392,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində və ya 7 milyard 246,9 milyon manat məbləğində vəsait yönəldilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 560,5 milyon manat və ya 27,4 faiz çoxdur. Ötən ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 5 milyard 854,8 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2022-ci illə müqayisədə 958,5 milyon manat və ya 19,6 faiz çoxdur. Bu xərclər ÜDM-in 4,8 faizini (2022-ci illə müqayisədə 1,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 16,1 faizini (2022-ci illə müqayisədə 0,8 faiz-bənd çox) təşkil edib. Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 815,9 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3 milyard 883,9 milyon manat və ya 2022-ci illə müqayisədə 994,5 milyon manat (34,4 faiz) çox vəsait yönəldilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar