Xəzər Xəbər

Azərbaycanda milyonluq gəmi və təyyarə üçün simulyator satılır

İqtisadiyyat | 12:04 • 19 Aprel 2024
Azərbaycanda milyonluq gəmi və təyyarə üçün simulyator satılır

"Azərbaycan Hava Yolları" QSC-yə məxsus "ATR 72-500" markalı, "ATR-42/72" hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator satılır.

Xezerxeber.az xəbər verir ki, 2010-cu il istehsalı olan simulyator İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən may ayının 29-da hərraca çıxarılacaq. 

Simulyatorun hərrac üçün start qiyməti 3 milyon 300 min manatdır. 

Bundan başqa, Azərbaycan Rrespublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məxsus "B-98" layihəli "Vixr" tipli gəmi də satılır. 1986-cı il istehsalı olan gəmi də may ayının 29-da hərraca çıxarılacaq. 

Gəminin start qiməti 1 milyon 350 min manatdır. 

 

Xəbər lenti

Çox oxunanlar