Xəzər Xəbər

Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır

İqtisadiyyat | 16:30 • 5 Dekabr 2023
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır

Uzun illərdir Gürcüstan istehlak etdiyi təbii qazın əsas hissəsini Azərbaycandan alır. Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 1,7 milyard kubmetr qaz alıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalıb.

Xezerxeber.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illər Gürcüstanda yeni sənaye obyektlərinin açılması nəticəsində təbii qaza tələbat artıb. Azərbaycandan alınan qazın həcmi ölkənin istehlak tələbatını ödəmədiyi üçün rəsmi Tbilisi alternativ mənbələr axtarır. Bu mənbələrdən biri də Rusiyadır. Gürcüstanın Rusiyadan aldığı qazın həcmi cari ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.

Rusiyadan qaz idxalının artacağını istisna etməyən nazir deyib ki,

buna baxmayaraq Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti