Xəzər Xəbər

Azərbaycanda gəmi satışa çıxarılır

İqtisadiyyat | 12:30 • 28 Noyabr 2023
Azərbaycanda gəmi satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 12-də təşkil olunacaq hərraca 11 avtomobil çıxarılacaq.

Xezerxeber.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, istehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2.000-14.000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.

Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 800-10.500 manat arasında dəyişir.

Növbəti hərrac dekabrın 21-də təşkil olunacaq. Bu hərraca 40 nəqliyyat vasitəsi çıxarılacaq. Hərracda iştirakçılara "Vixr" tipli gəmi də təklif olunacaq. İstehsal tarixi 1986-cı il olan gəminin start qiyməti 1 milyon 800.000 manatdır. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 faizi (180.000 manat) məbləğində beh ödəmək tələb olunur.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024