"Bank BTB" kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb.
Məlumata görə, son bir həftədə nağd kredit verilişinə 3 min manat limit müəyyən edilib. Kredit üzrə illik faiz dərəcəsi 22%, komissiya isə 1-3% təşkil edir. Bildirilib ki, qərar bank rəhbərliyi tərəfindən verilib və müvəqqəti xarakter daşıyır.