Xəzər Xəbər

Bu il Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib

İqtisadiyyat | 10:20 • 29 Sentyabr 2023
Bu il Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib

Bu ilin sonuna qədər Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəql edilməsi nəzərdə tutulub.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib.

Nazir qeyd edib ki, Türkiyəyə nəql edilən təbii qazın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri ilə ixrac olunub. Bildirilib ki, bu günə qədər TANAP ilə ümumilikdə 24 milyard kubmetrə qədər təbii qaz ixrac edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024