Xəzər Xəbər

Maliyyə Nazirliyindən manatın məzənnəsi ilə bağlI AÇIQLAMA

ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb
İqtisadiyyat | 14:20 • 21 Sentyabr 2023
Maliyyə Nazirliyindən manatın məzənnəsi ilə bağlI AÇIQLAMA

Gələn il milli valyutanın mübadilə məzənnəsi cari ildəki kimi sabit qalacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. 

Sənəddə qeyd edilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.

Xəbər lenti

Çox oxunanlar