Xəzər Xəbər

“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

İqtisadiyyat | 14:03 • 31 Mart 2023
“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

Yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 39 ölkəsinə 3,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayında məlumat yer alıb.

Hesabata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 80 faizinə bərabər olub.

2023-cü ilin fevral ayında isə “Azərkosmos”un dünyanın 39 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Cari ilin iki ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 813,3 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 698,3 min ABŞ dolları ilə Lüksemburq, 534,1 min ABŞ dolları ilə Fransa, 294,8 min ABŞ dolları ilə BƏƏ və 169,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Rubrikanın digər xəbərləri

Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024
Azərbaycan nefti ucuzlaşmaqda
Azərbaycan nefti ucuzlaşmaqda DAVAM EDİR
09:41 • 6 İyun 2024
Azərbaycan əhalisinin yanacaq xərcləri
Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB
08:46 • 6 İyun 2024

Xəbər lenti