Xəzər Xəbər

Türkiyə Rusiyaya ixrac ediləcək mallara qadağa qoya bilər

Türkiyənin Ticarət Nazirliyi isə bu məlumatlara münasibət bildirməyib.
İqtisadiyyat | 15:17 • 21 Mart 2023
Türkiyə Rusiyaya ixrac ediləcək mallara qadağa qoya bilər

Türkiyə ölkə şirkətlərinin Rusiyaya ixrac ediləcək mallarına qadağa qoya bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, ölkə hakimiyyəti türk məhsullarının böyük miqdarda ixrac edildiyi AB ilə mübahisə etmək istəmir.

İstanbul Qara və Əlvan Metallar İxracatçıları Assosiasiyasının rəhbəri Çetin Tecdelioğlu agentliyə bildirib ki, Türkiyə hakimiyyəti ölkə şirkətlərinə Rusiyaya ixracı qadağan olunmuş malların siyahısını təqdim edib:

"Türkiyə hökuməti martın 1-dən etibarən qadağan olunmuş xarici malların siyahısını şirkətlərə təhvil verib və onların Rusiyaya çatdırılmasına qadağa qoyub”.

Türkiyənin Ticarət Nazirliyi isə bu məlumatlara münasibət bildirməyib.

 
 

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024