Xəzər Xəbər

Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular məlum olub SİYAHI

İdman | 17:48 • 27 May 2024
Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular məlum olub

“FourFourTwo” nəşri dünya çempionatında ən çox qol vuran futbolçuların reytinqini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, 34 bombardirin yer aldığı siyahıya Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze başçılıq edir. O, meydana çıxdığı 24 matçda 16 dəfə fərqlənib.

İkinci sırada braziliyalı Ronaldo (15 qol), üçüncü və dördüncü pillələrdə isə müvafiq olaraq, almaniyalı əfsanəvi futbolçu Herd Müller və Fransa yığmasının şərəfini qorumuş Just Fonten yer alıblar.

Dünya çempionatında ən çox qol vurmuş futbolçular:

1. Miroslav Kloze (Almaniya) – 16 qol

2. Ronaldo (Braziliya) – 15 qol

3-4. Herd Müller (Almaniya) – 14 qol

Just Fonten (Fransa) – 14 qol

5-6. Lionel Messi (Argentina) – 13 qol

Pele (Braziliya) – 13 qol

7-8. Kilian Mbappe (Fransa) – 12 qol

Şandor Koçiş (Macarıstan) – 12 qol

9-10. Yurgen Klinsmann (Almaniya) – 11 qol

Helmut Rahn (Almaniya) – 11 qol

11-15. Qeri Lineker (İngiltərə) – 10 qol

Qabriel Batistuta (Argentina) – 10 qol

Teofilo Kubilyas (Peru) – 10 qol

Tomas Müller (Almaniya) – 10 qol

Qjeqoj Lato (Polşa) – 10 qol

Xəbər lenti

Çox oxunanlar