Xəzər Xəbər

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri növbəti oyunlarına çıxacaqlar

İdman | 09:55 • 25 May 2024
Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri növbəti oyunlarına çıxacaqlar

Azərbaycanın voleybol milliləri bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, qadınlardan ibarət yığma II turun ikinci matçında İsveçlə üz-üzə gələcək.

Rumıniyadakı görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub. Milli hazırda 12 ölkə arasında 3 xalla 9-cu pillədə qərarlaşıb.

Kişilərdən ibarət kollektiv isə Şimali Makedoniya ilə qarşılaşacaq. Belçikadakı oyun saat 19:30-da başlayacaq. Ötən gün meydan sahiblərinə yenilən (0:3) yığma Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar