Xəzər Xəbər

“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb

İdman | 12:56 • 2 Mart 2024
“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb

Almaniyanın “Bavariya” komandası Bundesliqa tarixində ilkə imza atıb.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatında 2 min oyun keçirən birinci klub olub. Bunlardan 1189-u komandanın qələbəsi ilə yekunlaşıb.

“Bavariya”nın ötən gün “Frayburq”la (2:2) oynadığı matç onun Bundesliqa tarixində 2 mininci oyunu olub.

Qeyd edək ki, hazırda “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 61 xalla Leverkuzenin “Bayer”i rəhbərlik edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024