Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub NƏTİCƏLƏR

İdman | 21:35 • 25 Fevral 2024
Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, bağlanış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 52-ci dəqiqədə Adama Diakabi və 83-cü dəqiqədə Yassin Benzia vurublar.

Bu nəticədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Köhlən atlar”ın ən yaxın izləyicisi “Sumqayıt” isə 36 xalla ikincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0, “Zirə” “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib, “Neftçi” isə “Turan Tovuz”la heç-heçə edib - 1:1.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024