Xəzər Xəbər

Səudiyyə Ərəbistanında Kriştiano Ronaldonun muzeyi açılıb

İdman | 14:00 • 28 Noyabr 2023
Səudiyyə Ərəbistanında Kriştiano Ronaldonun muzeyi açılıb

Səudiyyə Ərəbistanında “Ən-Nəsr” kubunun və futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun şərəfinə muzey açılıb.

Xezerxeber.az xəbər verir ki, Kriştianu Ronaldu bu barədə özünün media hesabında yazıb: “Bu mənim tariximdir. “Madeyra” klubundan Səudiyyə Ərəbistanınadək. Mənim CR7 muzeyim artıq Ər-Riyadda”.

Muzeydə Kriştiano Ronaldonun şəxsi əşyaları - köynəkləri, mükafatları, ayaqqabıları, kubokları və medalları, o cümlədən beş “Qızıl top”u nümayiş olunur. Futbolçunun mum heykəli də eksponatlar arasındadır.

Xatırladaq ki, 2022-2023 mövsümünə İngiltərənin “Mançester Yunayted” klubunda başlayan Kriştianu Ronaldu sonradan rəhbərlik və məşqçi ilə münaqişə səbəbindən klubu tərk edərək qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Portuqaliyalı hücumçu bundan öncə milli komandanın heyətində keçirdiyi 200-cü oyununa və ən yüksək illik gəlirinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024