Xəzər Xəbər

Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçular bəlli olub

İdman | 17:39 • 27 Noyabr 2023
Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçular bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının (ÇL) tarixində ən çox qələbə qazanan futbolçuların adlarını açıqlayıb.

Xezerxeber.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 38 yaşlı forvard indiyədək meydana çıxdığı 183 ÇL matçında 115 dəfə qələbə sevinci yaşayıb. Ulduz futbolçu buna 2003-2022-ci illərdə formasını geyindiyi İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında keçirdiyi qarşılaşmalarda nail olub.

Reytinq cədvəlində Almaniya yığması və “Bavariya”nın hücumçusu Tomas Müller (102 qələbə) ikinci, ispaniyalı veteran qapıçı İker Kasilyas (101 qələbə) üçüncü sırada qərarlaşıb.

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının forvardı Lionel Messi isə 95 qələbə ilə dördüncü pillədə yer alıb.

Çempionlar Liqası tarixində ən çox qələbə qazanan futbolçular:

1. Kriştianu Ronaldu (Portuqaliya) - (183 oyun, 115 qələbə)

2. Tomas Müller (Almaniya) – (145 oyun, 102 qələbə)

3. İker Kasilyas (İspaniya) - (177 oyun, 101 qələbə)

4. Lionel Messi (Argentina) - (163 oyun, 95 qələbə)

5. Kərim Benzema (Fransa) – (152 oyun, 94 qələbə)

6. Xavi Ernandes (İspaniya) – (151 oyun, 91 qələbə)

7. Manuel Noyer (Almaniya) – (132 oyun, 90 qələbə)

8. Toni Kroos (Almaniya) – (142 oyun, 90 qələbə)

9. Serxio Ramos (İspaniya) - (140 oyun, 83 qələbə)

10. David Alaba (Avstriya) - (115 oyun, 79 qələbə)

11. Andres İnyesta (İspaniya) - (130 oyun, 79 qələbə)

12. Raul Qonzales (İspaniya) - (142 oyun, 79 qələbə)

13. Luka Modriç (Xorvatiya) – (121 oyun, 77 qələbə)

14. Serxio Busgets (İspaniya) - (129 oyun, 77 qələbə)

15. Jerar Pike (İspaniya) - (128 oyun, 75 qələbə)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024